“Trabzonspor” futbolçumuza təklif göndərib

trabzonspor-futbolcumuza-teklif-gonderib
Oxunma sayı: 642

“Qafqazinfo” Qol.Az -a istinadən xəbər verir ki, “Porto”dan sonra indi də “Trabzonspor” komandası 17 yaşlı futbolçunu baxışa dəvət edib. Dünən “Sumqayıt”a “bordo-mavili” klubun rəsmisi Özkan Sümer tərəfindən faks daxil olub. Orxan Əliyev yanvarın 22-dən 29-dək “Trabzonspor”un düşərgəsində olacaq.

Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə “Sumqayıt”ın heyətində Azərbaycan Premyer Liqasında 12 qarşılaşmada (836 dəqiqə) meydana çıxıb və 2 qol vurub.