“Trabzonspor” qalib gəldi

trabzonspor-qalib-geldi
Oxunma sayı: 1018

Türkiyə superliqasında 4-cü tura yekun vurulub.

“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, son oyun günündə bir qarşılaşma keçirilib.

"Trabzonspor" səfərdə "Kayserispor"un qonağı olub. Matçın taleyini bir qol həll edib. Karlos Kardozonun görüşün 87-ci dəqiqəsində vurduğu qol Trabzon təmsilçisinə minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu oyundan sonra "Trabzonspor" turnir cədvəlinin 2-ci pilləsinə yüksəldiyi halda, "Kayserispor" 10-cu yerdə qalıb.