“Trabzonspor”dan biabırçı məğlubiyyət - Video

trabzonspordan-biabirci-meglubiyyet
Oxunma sayı: 1404

Türkiyə Super Liqasında XXXIII tura start verilib.

Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Antalyaspor” “Trabzonspor”u qəbul edib. “Xəzər Lənkəran”ın sabiq futbolçusu Etame Mbillanın dubl etdiyi matçda “Antalyaspor” 7:0 hesabıyla qələbə qazanıb.

“Antalyaspor” - “Trabzonspor” 7:0
Qollar: Ömər Şişmanoğlu 18,49,79, Çarles 22, Xean Makoun 37, Etame Mbilla 51, 62.