“Trabzonspor”dan “Leyptsiq”ə 20 milyonluq transfer

trabzonspordan-leyptsiqe-20-milyonluq-transfer
Oxunma sayı: 1522

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Qafqazinfo" xəbər verir ki, Bundesliqa təmsilçisi “Trabzonspor”un hücumçusu Aleksandr Sörlotu transfer edib.

Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Almaniya klubu bu transfer üçün trabzonlulara 20 milyon avro təzminat ödəyəcək. Bu məbləğin yarısının hücumçunun müqavilə ilə məxsus olduğu “Kristal Pelas”a veriləcəyi bildirilib. Sörlotun gələcəkdə başqa bir kluba satışı zamanı da gəlirin 20 faizi “Trabzonspor”a çatacaq.

Qeyd edək ki, 24 yaşlı oyunçu ötən ildən “Trabzonspor”un uğurları üçün çalışırdı. Onun Türkiyə təmsilçisi ilə icarə müqaviləsi gələn ilin yayında başa çatacaqdı.