“Trabzonspor”un iki futbolçusu koronavirusa yoluxdu

trabzonsporun-iki-futbolcusu-koronavirusa-yoluxdu
Oxunma sayı: 779

Türkiyənin “Trabzonspor” komandasında iki futbolçu koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Ölkə çempionatının 21-ci turu çərçivəsində baş tutacaq “Sivasspor”la səfər oyunundan öncə Trabzon təmsilçisinin bütün üzvlərindən COVID-19 testi götürülüb. Testlərdən ikisinin pozitiv çıxdığı bildirilir. Onların hər ikisi futbolçudur. Adları açıqlanmayan oyunçular karantinə alınıblar və Sivasa aparılmayacaqlar.