“Trabzonspor”un prezidenti haqqında saxlanılma qərarı

trabzonsporun-prezidenti-haqqinda-saxlanilma-qerari
Oxunma sayı: 1162


“Qafqazinfo” xəbər verir ki, buna səbəb Trabzon təmsilçisinin rəhbərinin “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım haqqında söylədiyi sözlər olub. 

O, 2013-cü ildə İstanbul klubunun rəsmisinin tutulmasından sonra “oğrular cəzasını almalı idilər” deyərək Yıldırımı oyun alqı-satqısına görə təhqir etmişdi. Qarşı tərəf də buna görə Hacıosmanoğlunu məhkəməyə verib. 

Lakin “Trabzonsporun” prezidenti məhkəmə iclaslarının heç birinə gəlməmişdi. Buna görə də Əziz Yıldırımın vəkili Əbdürrəhim Erol onun saxlanılmasının tələb edib və məhkəmə də bunu təsdiqləyib.