Traktor 6 yaşlı uşağı vurub öldürdü

traktor-6-yasli-usagi-vurub-oldurdu
Oxunma sayı: 1664

Fevralın 28-də saat 9 radələrində Sabirabad rayonunun Moranlı kəndində rayon sakini Elnur Hüseynov idarə etdiyi “T-28” markalı traktorla yolu keçən həmyerlisi, 6 yaşlı Cəmil Əsədlini vurub.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, nəticədə uşaq hadisə yerində ölüb. 

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.