Traktor aşdı, sürücü yaralandı

traktor-asdi-surucu-yaralandi
Oxunma sayı: 1836

Yevlax rayonunda traktor aşıb. 

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qaramanlı kəndində qeydə alınıb.

Belə ki, qoyun binəsi kənd sakini, Dadaşov Məhəmməd Əli oğlu Qaramanlı kəndində idarə etdiyi "Belarus" markalı
"traktoru"aşırdıb. Nəticədə M.Dadaşov müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli