Traktor məktəbdən çıxan 8 yaşlı şagirdi vurub öldürdü

traktor-mektebden-cixan-8-yasli-sagirdi-vurub-oldurdu
Oxunma sayı: 3594

Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.  

Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.