“Traktor Sazi”nin oyununda Azərbaycana dəstək - Video

“Traktor Sazi”nin oyununda Azərbaycana dəstək
Oxunma sayı: 2368

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu öz meydanında Özbəkistanın "Paxtakor" klubunu qəbul edib. Oyun 2:0 hesabı ilə Təbriz klubunun xeyrinə başa çatıb.

Oyun zamanı "Ya ölüm, ya Qarabağ", "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, vətən bölünməz", "Təbriz, Bakı, Ankara, biz gedirik Qarabağa" şüarları səsləndirilib, plakatlar qaldırılıb. Habelə, azarkeşlər "Sən yaşa, Azərbaycan" mahnısını xorla oxuyub.

Klubun facebook səhifəsində yer alan məlumata görə, oyundan sonra azarkeşlərdən bir qismi polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu oyundan sonra 9 xal toplayan qrupdakı birinciliyini bərkidib. "Paxtakor" isə 4 xalla 3-cü pillədə qərarlaşıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi