“Traktor Sazi”dən Çempionlar Liqasında növbəti qələbə - Video

traktor-saziden-cempionlar-liqasinda-novbeti-qelebe
Oxunma sayı: 846

Asiya Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir. “Qafqazinfo” xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu da növbəti matçına çıxıb.

Onlar qrup mərhələsinin ikinci matçında səfərdə BƏƏ təmsilçisi “Əl Cəzirə” ilə üz-üzə gəlib. Görüş təbrizlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu Bəxtiyar Rəhmani vurub.

Qeyd edək ki, qrupdakı ilk oyununda da eyni komanda ilə qarşılaşan "Traktor Sazi" 4:0 hesabı ilə qələbə qazanmışdı.