Traktor su kanalına aşdı, sürücü öldü - Fotolar

traktor-su-kanalina-asdi-surucu-oldu
Oxunma sayı: 2295

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

“Qafqazinfo”nun məlumatına görə, Bərdə rayon Güloğullar kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Yelmar Çingiz oğlu idarəetməni itirərək traktoru “Yuxarı Qarabağ” su kanalına aşırıb.Nəticədə sürücü Y.Məmmədov hadisə yerində dünyasını dəyişib.

Sərnişin isə ətrafda olan kənd sakinləri tərəfindən xilas edilərək Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Sürücünün cəsədi hadisə yerinə cəlb olunan FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli