Traktorla minik maşını toqquşdu, ər-arvad yaralandı

traktorla-minik-masini-toqqusdu-er-arvad-yaralandi
Oxunma sayı: 1322

Şəkidə traktorla minik avtomobili toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib.

Belə ki, “Toyota Prado” markalı minik avtomobili rayonun Dərəcənnət kənd sakini, 1968-ci il təvəllüdlü Elman Məmmədov idarə etdiyi traktoru arxadan vurub.

Nəticədə, E. Məmmədov və sərnişin qismində olan həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məhəbbət Əlövsət qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov