Traktorla toqquşmada ölən Rusiya vətəndaşı olub – - Rəsmi

traktorla-toqqusmada-olen-rusiya-vetendasi-olub-
Oxunma sayı: 1202


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 8-də saat 20 radələrində Goranboy rayonunun Borsunlu kəndində Gürcüstan vətəndaşı Cavanşir Çavuşun idarə etdiyi “VAZ-21065” markalı avtomobillə Göygöl rayon sakini Ayaz Həsənovun idarə etdiyi “MTZ-80” markalı traktor toqquşub. 

C.Çavuşun sərnişini - Rusiya Federasiyası vətəndaşı Sahib Mustafayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Murad Əhməd