Traktoru aşırıb öldü

traktoru-asirib-oldu
Oxunma sayı: 1608

 İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 29-u gecə saatlarında baş verib. Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini, 1959-cu il təvəllüdlü Lənkəran Əhmədov idarə etdiyi “T28” markalı traktoru yoldakı dairənin səkisinə vurub və hadisə yerində ölüb.

Traktorda olan sərnişin 1962-ci il təvəllüdlü Əldəmət Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd