“Traktor”un yeni baş məşqçisi açıqlandı

traktorun-yeni-bas-mesqcisi-aciqlandi
Oxunma sayı: 2279

Təbrizin “Traktor” klubunun yeni baş məşqçisi açıqlanıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı ispaniyalı Pako Xemes çalışdıracaq.

Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb.

52 mütəxəssis bu vəzifədə ötən ay istefa verən Kurban Berdıyevi əvəzləyəcək.

Qeyd edək ki, Pako Xemes İspaniyada “Las Palmas”, “Qranada”, “Rayo Valyekano” klubunlarını da çalışdırıb.