Tramp 1 milyon miqranta vətəndaşlıq verəcək - Bir şərtlə...

tramp-1-milyon-miqranta-vetendasliq-verecek
Oxunma sayı: 1988

Ağ Ev Konqresə immiqrasiya ilə bağlı qanun layihəsinin güzəştli variantını təqim edəcək. Həmin variant ABŞ-a qeyri-leqal yollarla gələn 1,8 milyon insana Amerika vətəndaşlığı almağa imkan verəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp administrasiyasının hesablamalarına görə, bu imkandan DACA proqramı ilə ölkəyə gələn 700 min miqrant, həmçinin proqramda iştirak hüququndan yararlanmamış 1,1 milyon insan istifadə edə biləcək. 

Həmin şəxslər 10-12 il sonra amerika vətəndaşlığı ala biləcəklər. 

Bu güzəşt qarşılığında Donald Tramp Konqresdən Meksika ilə sərhəddə divarın tikilməsinə 25 milyard dollar ayırmasını tələb edib.