Tramp 10 ayda 49 milyard dollarlıq silah satıb

tramp-10-ayda-49-milyard-dollarliq-silah-satib
Oxunma sayı: 970

Bu il 20 yanvarda vəzifəsində başlayan ABŞ prezidenti Donald Tramp, geridə qalan 10 aylıq səlahiyyət dövründə 49 milyard dollarlıq silah satışı müqaviləsinə imza atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp silah satışı sahəsində Baraka Obamadan daha istəkli görünüb.

Belə ki, Obamanın 8 illik prezidentliyi dövründə il ərzində ortalama 35 milyard silah satılıb. Obama isə ilk ilində bu ortalamanı geridə qoyub.

Məlumaat görə, ABŞ bu il ən bahalı silah satışını Kanadaya (5,2 milyard dollar) edib.  Bəhreyn 3,9 milyard dolarla 2-ci, Səudiyyə Ərəbistanı isə 3,6 milyard dolarla 3-cü pillədə yer alıb.

Qeyd edək ki, Barak Obama 8 illik prezidentliyi dövründə ümumilikdə 277 milyard dollarlıq silah satışı ilə 2-ci dünya müharibəsindən sonra ən çox silah satışı edən prezident olaraq tarixə keçmişdi. Trampın qarşıdakı illərdə Obamanı keçəcəyi gözlənilir.