Tramp 2 milyon dollar cərimələndi

Tramp 2 milyon dollar cərimələndi
Oxunma sayı: 1630

Nyu-York şəhər məhkəməsi prezident Donald Trampı 2 milyon dollar məbləğində cərimələyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cərimə 2016-cı il seçkiləri ərəfəsində “Trump Foundation” tərəfindən şəxsi siyasi və işgüzar maraqlar üçün seçki kampaniyasına pul köçürülməsi ilə bağlıdır. 2 milyon dollar qeyri-kommersiya təşkilatlarına kompensasiya qismində ödəniləcək.

Qeyd edək ki, seçki kampaniyasına Trampın fondu tərəfindən yardım edilməsi işi hələ 2018-ci ilin yayından araşdırılır. Baş prokurorluq iddia edib ki, Tramp və onun 3 övladı – Donald, İvanka, Erik seçki kampaniyasının maliyyələşdirilməsi qanununu pozublar. İddianaməyə əsasən, “Trump Foundation” tərəfindən kampaniyaya təxminən 3 milyon dollar xərclənib.

Trampa verilən 2 milyon dollarlıq cərimə 8 şirkət arasında bölünəcək. Onların içərisində qaçqınlara qida yardımı edən xeyriyyə fondları da var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi