Tramp 64 yaşlı diplomatı Türkiyəyə səfir təyin etdi

tramp-64-yasli-diplomati-turkiyeye-sefir-teyin-etdi
Oxunma sayı: 796

ABŞ Senatı Devid Satterfildin Türkiyə səfiri postuna namizədliyini təsdiqləyib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ankaradakı səfirliyinin tvitter mikrobloqunda məlumat verilib.

“Dünən gecə ABŞ Senatı səfir Devid Satterfildin ABŞ-ın Ankaradakı səfiri postuna namizədliyini təsdiqlədi. Onu qarşılayacağımız günü səbrsizliklə gözləyirik”, - deyə məlumatda vurğulanıb.

Bu məqamda bildirək ki, 64 yaşlı D. Satterfild 2017-ci ildən bu günə qədər ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi  işləyib.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki sonuncu səfiri Con Bass olub. O, ABŞ və Türkiyə arasındakı viza böhranı zamanı geri çağırılıb.