Tramp ABŞ-a immiqrasiyanı dayandırdı

tramp-abs-a-immiqrasiyani-dayandirdi
Oxunma sayı: 1766

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası səbəbindən ölkədə iş yerlərinin çatışmazlığı şəraitində ABŞ-a immiqrasiyanın müvəqqəti dayandırılması barədə fərman imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

“Gözəl amerikalı zəhmətkeşlərimizi qorumaq üçün mən Birləşmiş Ştatlara immiqrasiyanı dayandırdım. Biz, həmçinin tibbi resurslarımızı qoruyacağıq”, - Tramp mətbuat konfransında deyib.

Tramp qeyd edib ki, immiqrasiya iki ay müddətinə dayandırılır və o, başa çatdıqdan sonra fərmanın qüvvəsinin uzadılıb-uzadılmaması barədə qərar qəbul edəcək.

Ağ Evdən bildirilib ki, istisna yalnız koronavirusla mübarizədə köməkləri zəruri olan həkim və digər işçilərə aiddir.