Tramp ABŞ-da fövqəladə vəziyyətin elan olunmasını istisna etmir

tramp-abs-da-fovqelade-veziyyetin-elan-olunmasini-istisna-etmir
Oxunma sayı: 2744

ABŞ Prezidenti Donald Tramp koronavirusun yayılması fonunda fövqəladə vəziyyətin elan olunmasını istisna etməyib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

Dövlət başçısı bildirib ki, o, indiki vəziyyətdə Birləşmiş Ştatlarda fövqəladə vəziyyətin elan olunmasında məna görmür, lakin gələcəkdə buna zərurət yarana bilər.

Tramp onu da əlavə edib ki, hazırda ABŞ-da sakinlərin xarici ölkələrə səfərləri ilə bağlı yeni məhdudiyyətlərin qoyulmasına baxılır.