Tramp ABŞ-da pandemiyanın gerilədiyini açıqladı

tramp-abs-da-pandemiyanin-gerilediyini-aciqladi
Oxunma sayı: 1142

“ABŞ-da koronavirus epidemiyası geriləyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

“Əhəmiyyətli irəliləyişin işarələrini görməyə başlayırıq. Ölkə olaraq pozitiv nəticələnən test sayı keçən həftəyə nisbətən 6% aşağı düşüb, pozitiv nəticələrin nisbəti isə eyni vaxt ərzində 8,7% -dən 8%-ə düşüb. Bu virusun geri çəkildiyini göstərir”.

Onun sözlərinə görə, ABŞ hökuməti koronavirusa qarşı vaksinin ilin sonundan əvvəl əldə olunacağını gözləyir: “Sürət və təhlükəsizlik arasında bir tarazlıq saxlayırıq və bu il, bəlkə də ilin sonundan çox daha əvvəl vaksinin hazır olmasını gözləyirik”.