Tramp ABŞ ordusunu Suriyadan çıxarmaq istəyir

tramp-abs-ordusunu-suriyadan-cixarmaq-isteyir
Oxunma sayı: 870

ABŞ prezindenti Donald Tramp Suriyadakı ordunu geri çəkmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” Ağ Evdəki mənbəsinə istinadən yazıb. Yazıda qeyd edilir ki, Tramp 2 minə yaxın amerikalı əsgəri ölkəyə qaytarmaq istəyini rəsmi şəkildə bəyan etməsə də, sonuncu İŞİD terrorçusu məhv edilənə kimi bunu həyata keçirəcəyini deyib.

Mənbənin sözlərinə görə, ölkə başçısı geri qaytarma kampaniyasını 6 ay ərzində yerinə yetirmək istəyir. Lakin Pentaqon, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi bu addımın gətirəcəyi mümkün nəticələrdən ciddi şəkildə narahatdır. 

Aysel Kərimova