Tramp Ağ Evdəki havaya görə Obamanı günahlandırdı

tramp-ag-evdeki-havaya-gore-obamani-gunahlandirdi
Oxunma sayı: 1707

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanın ünvanına növbəti ittihamını səsləndirib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, prezident Ağ Evdəki havaya görə Obamanı günahlandırıb. Belə ki, Tramp məhz Obamanın ucbatından Ağ Evdə kondisioner sisteminin düzgün qurulmadığını bildirib:

“Binanın qərb qanadında hava ya çox soyuq olur, gah da çox isti. Əvvəlki sistem daha yaxşı idi”.