ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra rusiyalı milyarderlərin ümumi sərvəti 29 milyarda qədər artıb.
“Qafqazinfo” xəbər verir ki, Forbes jurnalının hesablamasına görə, sərvətin artması milli valyutanın möhkəmlənməsi və rus dəyərli kağızlarının dəyərinin artması ilə bağlıdır.
Beləliklə də, Trampın seçilməsindən sonra Rusiyanın ən varlı insanlarının sərvəti digər ölkələrlə müqayisədə daha sürətli artıb.
Sərvəti artan milyarderlər arasında “Lukoyl” prezidenti Vahid Ələkbərov da var. O, Trampın seçilməsindən sonra 1,8 milyard qazanıb. Onun uğuru ABŞ siyasətindən daha çox dünya bazarında neftin qiymətindəki dəyişikliklə əlaqələndirilir.
Son xəbərlər
Son Xəbərlər