Tramp Baydeni buna görə qınadı

tramp-baydeni-buna-gore-qinadi
Oxunma sayı: 1953

“Bayden ölkəyə qeyri-qanuni yolla gələn mühacirləri dayandırmır, amma Ukraynaya milyardlarla dollar göndərir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ-nin keçmiş Prezidenti Donald Tramp deyib.

O, Co Baydenin rəhbərlik etdiyi hazırkı ABŞ administrasiyasını qeyri-qanuni mühacirlərin axınını dayandırmağa kömək etmədiyinə görə qınayıb:

“Bayden tərəfindən irəli sürülən sərhəd təhlükəsizliyi razılaşması çərçivəsində Ukraynaya və digər ölkələrə göndərilən milyardlarla dollar qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi yox, əksinə Amerikanın işğalını davam etdirmək məqsədi daşıyır”.