Tramp Baydeni itlə müqayisə etdi

tramp-baydeni-itle-muqayise-etdi
Oxunma sayı: 2086

ABŞ-nin sabiq prezidenti Donald Tramp hazırkı Prezident Co Baydeni onun iti ilə müqayisə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp instaqram hesabında paylaşım edib.

O, Baydenin Komandir adlı iti ilə birlikdə olan fotosunu başlıqsız əlavə edib. Lakin, görünütüdə Baydenin başında seçki kampaniyasında istifadə olunan səsucaldıcı aparat yerləşdirilib.

Qeyd edək ki, bir neçə gün öncə “CNN” Baydenin ailə iti olan Komandirin Ağ Evdə və digər yerlərdə azı 24 insident zamanı ABŞ Gizli Xidmətinin əməkdaşlarını dişlədiyi ilə bağlı hesabat paylaşıb.