Tramp Baydeni yenə təhqir etdi

tramp-baydeni-yene-tehqir-etdi
Oxunma sayı: 2347

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Manhetten cinayət məhkəməsində münsiflər heyətinin təqsirli hökmünü və Ağ Evin bu qərarda iştirakını bütün amerikalılar üçün təhlükə adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, onun məhkəmə qərarının elanından sonra keçirdiyi ilk mətbuat konfransında dediyi sözləri “NBC News” yutub kanalında yayımlayıb.

Trampın sözlərinə görə, ABŞ-nin hazırkı rəhbərliyi hətta keçmiş prezidentə qarşı cinayət təqibinə başlamaq üçün işi saxtalaşdırıb:

“Hamınız təhlükə altındasınız, əgər bunu mənə etdilərsə, sizə də edə bilərlər. Bu qərar Ağ Ev və korrupsioner Co Baydenə aiddir. O, Birləşmiş Ştatlar tarixindəki ən axmaq və bacarıqsız prezidentdir”.

Qeyd edək ki, Tramp bundan əvvəl Baydeni üsyançı adlandırıb.