Dünya birjalarında neftin qiyməti ABŞ prezidenti Donald Trampın çağırışından sonra ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Tramp OPEK ölkələrinə benzinin qiymətini aşağı salmağı təklif etdikdən sonra İCE London birjasında Brent markalı neft 0,7 faiz ucuzlaşaraq barreli 77,69 dollara düşüb.
WTI markalı neftin avqust fyuçersi isə 0,34 faiz ucuzlaşaraq barreli 73,89 dollardan satılıb.
Qeyd edək ki, daha əvvəl ABŞ lideri bildirmişdi ki, OPEK neft bazarını manipulyasiya edir və buna son qoymalıdır. Tramp, həmçinin qeyd etmişdi ki, OPEK neft hasilatını sutkalıq 2 milyon barrelə qaldırmalıdır.
Son xəbərlər
Son Xəbərlər