Tramp bu dəfə də “soyqırımı” ifadəsini işlətmədi

tramp-bu-defe-de-soyqirimi-ifadesini-isletmedi
Oxunma sayı: 4792

ABŞ Prezidenti Donald Tramp 24 aprel 1915-ci ildə Osmanlıda baş vermiş hadisələri bu dəfə də “soyqırımı” adlandırmayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri həmin hadisələrlə bağlı “Böyük fəlakət” mənasını verən “Meds Yeghern” ifadəsini işlədib.

Xatırladaq ki, ABŞ senatı ötən ilin dekabrında 1915-ci il erməni hadisələrini “soyqırımı” kimi tanıyan qanun layihəsi qəbul etmişdi. Tramp isə senatın bu qərarını qəbul etmədiyini açıqlamışdı.