Tramp bu gün Lavrovu qəbul edəcək

tramp-bu-gun-lavrovu-qebul-edecek
Oxunma sayı: 888

Vaşinqtonda səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ABŞ Prezidenti Donald Trampla görüşü olacaq.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Amerika lideri rusiyalı rəsmini dekabrın 10-da saat 14:30-da Oval kabinetdə qəbul edəcək.

Görüş mətbuata qapalı keçiriləcək. Nə qədər davam edəcəyi dəqiqləşdirilməyib.

Qeyd edək ki, Lavrov bu gün ABŞ-a səfər edib. O, saat 10:30-da dövlət katibi Mayk Pompeo ilə görüşəcək, saat 12:00-da işgüzar naharda iştirak edəcək. Daha sonra mətbuat konfransı keçiriləcək.