ABŞ-nin keçmiş Prezidenti Donald Tramp bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “CNN” telekanalı yayıb.
Bildirilir ki, bu, Trampın 2021-ci ildə prezident postunu tərk etməsindən sonra tərəflər arasında ilk danışıq olacaq.