Tramp bu ölkələrin vətəndaşlarının ABŞ-a girişinə icazə verdi

tramp-bu-olkelerin-vetendaslarinin-abs-a-girisine-icaze-verdi
Oxunma sayı: 3130

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp koronavirus pandemiyası ilə əlaqədar Şengen zonası ölkələri, Böyük Britaniya, İrlandiya və Braziliya vətəndaşlarının ölkəyə girişinə tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsi haqqında icra Fərmanı imzalayıb.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanmış sənəddə deyilir. 

Girişin dayandırılması haqqında icra Fərmanları yanvarın 26-sı saat 12:01-dən qüvvəsini dayandırır. 

Bununla yanaşı, Çin və İrandan girişə dair məhdudiyyətlər qalır, çünki, ABŞ administrasiyası rəhbərinin sözlərinə görə, bu ölkələr səhiyyə sahəsində əməkdaşlıqdan imtina edib və koronavirusun yayılmasına dair vaxtında məlumat verməyiblər.