ABŞ prezidenti Donald Tramp İraq vətəndaşlarının Amerikaya girişinə icazə verəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident müsəlman ölkələrinə qarşı qoyduğu qadağanı İraqa tətbiq etməyəcək. Belə ki, bununla bağlı Pentaqon və Dövlət Departamenti Prezident Administrasiyasına təzyiq göstərib. Bildirilir ki, İraq İŞİD terror qruplaşması ilə mübarizədə əsas rol oynayır və buna görə Ağ Ev müsəlman ölkələrinə qarşı sərgilədiyi mövqedə İraqı istisna hesab etməlidir.
Xatırladaq ki, prezident Donald Tramp müsəlman ölkələrin vətəndaşlarının ABŞ-a girişini qadağan etmişdi. Onun martın 1-də immiqrasiya haqqında yeni fərman imzalayacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər