Tramp çağırış etdi - “Növbəti debat olmayacaq!”

tramp-cagiris-etdi
Oxunma sayı: 1953

ABŞ-də Respublikaçıların prezidentliyə namizədi Donald Tramp vitse-prezident Kamala Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Truth”da paylaşım edib.

O, rəqibini məğlub olduqdan sonra revanş arzulayan döyüşçüyə bənzədib:

“Rəy sorğuları açıq şəkildə göstərir ki, mən namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal ikinci debat tələb etdi. O və işəyaramaz Co (red- ABŞ-nin hazırkı Prezidenti Co Bayden) ölkəmizi məhv etdi. Milyonlarla cinayətkar və əqli cəhətdən pozğun insanlar buraya axışdı. İnflyasiya cəmiyyətin orta təbəqəsini iflasa uğratdı. Onların törətdiyi bütün digər problemlər debat zamanı ətraflı müzakirə edildi. Amma “Fox Debat”da danışılanlar nümayiş etdirilmədi. Son dörd ildə etdiklərinə yaxşı nəzər salsınlar. Növbəti debat olmayacaq!”, - Tramp bildirib.

Qeyd edək ki, sentyabrın 10-da Filadelfiyada ABŞ prezidentliyinə namizədlərin teledebatı keçirilib. Tramp Harrisin debatda məğlub olduğunu iddia etsə də, “Reuters” və “Ipsos”un birgə keçirdiyi sorğunun nəticələri göstərir ki, vitse-prezident seçki yarışında seçici dəstəyinə görə rəqibini qabaqlayır.