Tramp Çinə gedəcək

tramp-cine-gedecek
Oxunma sayı: 1886

ABŞ Prezidenti Donald Tramp yaxın zamanda Çinə gedəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Çinlə ticarət razılaşmasının birinci mərhələsinə dair sazişin imzalanması mərasimindən sonra çıxışında deyib. Saziş Trampla Çin Xalq Respbulikasının Dövlət Şurasının Baş Nazir müavini Lyu He arasında imzalanıb.

ABŞ Prezidenti bu sazişi tarixi razılaşma adlandıraraq onun keçmişdəki nöqsanları düzəldəcəyini, amerikalı işçilər, fermerlər və ailələr üçün iqtisadi ədaləti  və təhlükəsiz gələcəyi təmin edəcəyini bildirib.