ABŞ lideri Donald Tramp CNN kanalı ilə bağlı qalmaqallı video paylaşıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, tvitter hesabında milyonlarla izləyəcisi olan Tramp CNN-i döydüyünü əks etdirən video paylaşıb. Belə ki, prezident daha əvvəl çəkilən bir videoda yumruqladığı idmançının üzünü CNN-in loqosu ilə örtüb.
Daha sonra həmin videonu “Saxtakar CNN” adı altında tvitter hesabında paylaşıb. Sözügedən görüntülər izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər