Prezident Donald Tramp Dünya Bankının prezidenti postuna namizədinin adını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Tramp ABŞ-ın maliyyə nazirinin beynəlxalq işlər üzrə müavini Devid Melpasın namizədliyini bu vəzifəyə irəli sürüb.
Qeyd edək ki, Dünya Bankının prezidenti Cim Yon Kim fevralın 1-də istefa verib. O, səlahiyyət müddətinin 2020-ci ildə başa çatmasına baxmayaraq, vaxtından əvvəl postunu tərk edib. Altı il bu vəzifədə çalışan Yon Kim istefasının rəsmi səbəbi kimi iqtisadiyyatın özəl sektorunda çalışmaq istəməsini göstərib.
Son xəbərlər
Son Xəbərlər