Tramp Ərdoğana təşəkkür etdi

tramp-erdogana-tesekkur-etdi
Oxunma sayı: 3450

Xəbər verdiyimiz kimi, ABŞ və Türkiyə Suriyada atəşkəs elan edilməsi ilə bağlı razılığa gəlib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla vitse-prezident Mayk Pensin görüşündən sonra açıqlama verib. Tramp gəlinən razılığa görə Ərdoğana təşəkkür edib:

“Türkiyədən əla xəbərlər var. Bir qədər sonra Pens və Pompeo mətbuat konfransı keçirəcək. Təşəkkürlər, Ərdoğan. Milyonlarla həyat xilas olacaq”.