Tramp Ərdoğana zəng etdi

tramp-erdogana-zeng-etdi
Oxunma sayı: 1370

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurub.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tramp Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib. İki lider telefon söhbəti zamanı Türkiyə ilə ABŞ arasında strateji tərəfdaşlıq məsələlərinə diqqət çəkərək müdafiə və hərbi sahədə də işbirliyi qurmaq qərarını müzakirə ediblər. 

Trampla Ərdoğan terrorla birgə mübarizəyə davam etmək haqda qərarı bir daha müzakirə edərək bunun önəmindən danışıblar. Prezidentlər 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO Zirvəsində görüşəcəklər.