Tramp Ərdoğanın təklifinə müsbət baxır

tramp-erdoganin-teklifine-musbet-baxir
Oxunma sayı: 1296

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Rusiyadan “S-400” zenit-raket kompleksinin alınması ilə bağlı təklifinə müsbət baxır.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, bu barədə Amerika hökumətinə yaxın mənbə bildirib. Ərdoğan ötən gün Trampla telefon danışığında yenidən “S-400”ün alınması ilə əlaqədar birgə işçi qrupunun yaradılmasını təklif etmişdi.

Məsələ hər iki liderin Yaponiyada keçiriləcək G20 sammiti çərçivəsindəki görüşündə də müzakirə ediləcək.