Tramp etiraz mitinqində çıxış edəcək

tramp-etiraz-mitinqinde-cixis-edecek
Oxunma sayı: 1333

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçirilmiş prezident seçkisinin nəticəsinə yenidən baxılmasını tələb edən tərəfdarlarının mitinqində çıxış edəcək. “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə amerikalı liderin Seçki Qərargahı bildirib.

Məlumata görə, Prezident Tramp yanvarın 6-da Ellipsdə seçki nəticələri əleyhinə mitinq zamanı çıxış edəcək.

Bunu Tramp öz tvitterində də təsdiq edib. Siyasətçinin sözlərinə görə, o, yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 20:00-da -red.) çıxış edəcək. O, tərəfdarlarını əvvəlcədən toplaşmağa çağırıb və onu böyük izdihamla qarşılayacaqlarına ümid etdiyini bildirib.