Tramp “Ford”a təşəkkür etdi

tramp-forda-tesekkur-etdi
Oxunma sayı: 2266

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp “Ford” şirkətinə Meksikada fabrik tikməkdən imtina etməsinə görə təşəkkür edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında məlumat yayıb.

“Ford” kompaniyasına Meksikada fabrik tikməkdən imtina etməsinə və ABŞ-da açacağı 700 yeni iş yerinə görə təşəkkür edirəm. Bu hələ başlanğıcdır, qarşıda daha çox olacaq”,-deyə Tramp yazıb.

Qeyd edək ki, “Ford” şirkəti Miçiqan ştatında 700 milyon dollarlıq fabrik tikməyi planlaşdırdığını açıqlayıb.