ABŞ prezidenti Donald Tramp sosial şəbəkə postlarında 10 mindən çox yalan və yanlış informasiya yayıb.
“Qafqazinfo” xəbər verir ki, bu hesablamanı “The Washington Post” qəzeti aparıb. Nəşrin məlumatına əsasən, 828 gün ərzində Tramp 10 min 100 yalan məlumat və bəyanat paylaşıb. Xüsusilə prezidentin bu sahədə sürəti son 200 gün ərzində artıb. Tramp orta hesabla gündə 23 dəfə yalan danışır. Bu, onun Tvitterdə fəallığı, seçkiqabağı mitinqlərdə çıxışı və “Fox News” kanalına müsahibəsi ilə bağlıdır.
Xüsusilə rekord apreldə qeydə alınıb. Amerika lideri 25-27 apreldə 170-dən çox yanlış məlumat paylaşıb.
Son xəbərlər
Son Xəbərlər