Tramp haqda qorxunc proqnoz

tramp-haqda-qorxunc-proqnoz
Oxunma sayı: 1963

“Trampın prezident seçilməsi daha bir 11 sentyabr hadisəsinə səbəb ola bilər”.

Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Cənubi Karolina ştatının senatoru Lindsey Qraham mətbuata açıqlamasında deyib. Senator ABŞ prezidentliyinə namizədin xarici ölkələrlə siyasətini tənqid edib: “Trampın xarici siyasəti təhlükələrlə doludur. Bu da növbəti 11 sentyabr faciəsinə səbəb ola bilər”.

Donald Tramp da senatora tvitter sosial şəbəkəsində cavab verib: “Senator Qrahamı izlədim. Nə üçün “balaca uşaq” kimi (marco Rubio) onu da yarışdan kənar etdiyimi demirlər?”

Qeyd edək ki, Qraham partiyasından lazımi dəstək almadığı üçün ötən həftə seçki kampaniyasını dayandırıb.

Günel Hacı