ABŞ-nin sabiq Prezidenti Donald Tramp 2023-cü ildə Atlanta həbsxanasında işgəncələrə məruz qaldığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Xatırladaq ki, keçən ilin avqustunda Tramp Fulton qraflığının həbsxanasına göndərilib. O, ittiham olunduqdan sonra ona qarşı qeyri-etik davranıldığını və zorakılıq edildiyini deyib: “İstəyirəm ki, onların mənə etdiklərini xatırlayasınız. Mənə işgəncə verdilər və bundan sonra icazəm olmadan şəkillərimi çəkdilər”.