Tramp iğtişaşlara görə qoşun göndərməyə hazırlaşır

tramp-igtisaslara-gore-qosun-gondermeye-hazirlasir
Oxunma sayı: 2324

ABŞ Prezidenti Donald Tramp Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşları yatırtmaq üçün qoşun göndərməyə hazır olduğunu bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri belə bir addımı yerli hökumətin istəyindən sonra atacağını bildirib.

“Əgər onlar istəsələr, bizim silahlı qüvvələrimiz hazırdır. Biz tez bir zamanda əsgərləri göndərə bilərik”, - deyə Trampın bəyanatında deyilir.

Amerikalı liderin sözlərinə görə, hərbçilər “sərt, güclü və hörmətli” olmalıdırlar:

“Həmin insanlar pis radikal solçulardır. Onlara bu cür davranmağın yolverilməz olduğunu öyrətmək lazımdır”.

Tramp polisin daha sərt davranmalı olduğunu da qeyd edib.