Tramp ilk dəfə maskayla bağlı söz verdi

tramp-ilk-defe-maskayla-bagli-soz-verdi
Oxunma sayı: 3393

Tramp ilk dəfə ictimai yerlərdə maska taxacağına söz verib.

"Qafqazinfo" "The Politico"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Uolter Rid Veteranlar Xəstəxanasına baş çəkərkən maska ​​taxacağını bildirib. Dövlət başçısının sözlərinə görə, xəstəxanada maska ​​taxmaq son dərəcə məqsədəuyğundur. O, hər hansı bir bakteriyanın xəstələrə ötürülə bilməsindən ehtiyat etdiyini bildirib. "Maska ilə heç bir problemim yoxdur",-deyə Tramp qeyd edib.

Prezident müharibə veteranlarını ziyarət etmək və ön cəbhədə koronavirusla mübarizə aparan tibb işçiləri ilə görüşmək üçün xəstəxanaya baş çəkməyi planlaşdırır.

Qeyd edək ki, koronavirus pandemiyası zamanı Tramp rəsmi qurumların tövsiyələrinə baxmayaraq, dəfələrlə ictimai tədbirlərdə maskasız iştirak edib. Buna görə onu həm siyasi rəqibləri, həm də sadə vətəndaşlar sosial şəbəkələrdə dəfələrlə tənqid edib.