Tramp immiqrasiya məmuru təyin edəcək

tramp-immiqrasiya-memuru-teyin-edecek
Oxunma sayı: 823

ABŞ prezidenti Donald Tramp müxtəlif federal orqanlardakı immiqrasiya siyasətlərini əlaqələndirmək üçün xüsusi bir şəxsin təyinatı məsələsini gözdən keçirir.

“Qafqazinfo”nun “Associated Press” nəşrinə istinadən verdiyi xəbərə görə, bu posta potensial namizədlər arasında Kanzas ştatının keçmiş qubernatoru Kris Kobaç, eləcə də Virciniya ştatının eks-baş prokuroru Ken Kuçinelli var. 

Mümkün namizədlər sırasında isə ABŞ İmmiqrasiya və Gömrük Polisinin (LCE) keçmiş rəisi Tomas Homanın adı hallanır.